main-post-cover

    Xiaomi 12 Ultra flaqman smartfonunun texniki özəllikləri ilə satış qiymətləri ortaya çıxıb

    Cihazlar+
    17.05.2022
    Farid Pardashunas
        Xiaomi şirkətinin hələ təqdim edilməmiş yeni flaqman smartfonu Xiaomi 12 Ultra-nın texniki özəllikləri və hətta satış qiymətləri barəsində məlumatlar internetdə ortaya çıxıb. Ortaya çıxmış məlumatlardan belə qənaətə gəlmək olar ki, Xiaomi 12 Ultra modeli digər brendlərin flaqman smartfonlarından daha ucuz qiymətə satılacaq. Beləliklə verilmiş məlumata əsasən Xiaomi 12 Ultra smartfonu LTPO 2.0 texnologiyası əsasında hazırlanmış 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.73 düym AMOLED E5 ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 1+ prosessoru vasitəsilə çalışacaq və 16 GB-a kimi RAM yaddaşı ilə 512 GB-a kimi daxili yaddaş həcmini özündə birləşdirəcək. Məlumatda qeyd edilib ki, Xiaomi 12 Ultra 120 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və həmçinin 50 vatt gücündə naqilsiz sürətli şarj texnologiyasını dəstəkləyəcək.
        Kameralara gəldikdə isə Xiaomi 12 Ultra modeli özündə 50 MP (optik stabilizasiya) + 48 MP (ultragenişbucaqlı obyektiv) + 48 MP (optik stabilizasiya, 120 qat zoom) üçlü arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirməlidir. Smartfonun digər özəllikləri arasında stereo səsgücləndiricilər, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və IP68 standartı üzrə gövdənin sudan qorunması olacaq. İlkin məlumatlara əsasən 8 GB RAM-a 256 GB yaddaşa sahib model 885$-a, 12 GB RAM-a və 256 GB yddaşa sahib model 960$-a, 12 GB RAM-a və 512 GB yaddaşa sahib model 1005$-a, 16 GB RAM-a və 512 GB yaddaşa sahib model isə 1080$-a satılacaq. Gözləntilərə əsasən Xiaomi 12 Ultra smartfonu ya iyun ya da iyul ayında təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər