Reklam
Xiaomi 13 flaqman smartfonu barəsində ilk məlumatlar verilib

Xiaomi 13 flaqman smartfonu barəsində ilk məlumatlar verilib

Mobil Cihazlar
20.07.2022 PAYLAŞIM

    Xiaomi 12S smartfon seriyasının satışa çıxmasından bir neçə müddət sonra Xiaomi 13 barəsində məlumatlar ortaya çıxıb. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi 13 smartfonları daha tez təqdim olunacaq və Qualcomm-un yeni flaqman prosessorunu əldə edəcək ilk smartfonlar olacaqlar. Məlumatda qeyd edilib ki, Xiaomi 13 Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Sözügedən prosessor bu ilin noyabr ayında təqdim ediləcək. Beləliklə belə qənaətə gəlmək olar ki, Xiaomi 13 smartfon seriyası ya noyabr ayında ya da dekabr ayının əvvəlində təqdim ediləcək.

    Xiaomi 13 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli AMOLED ekran və Leica şirkətinin istehsalı olan əsas arxa kamera ilə təchiz oluna bilər. İnsayderin sözlərinə əsasən Xiaomi 13-ün daha bir vacib özəlliyi ondan ibarət olacaq ki, o, 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfonda batareyanın iki hissəyə bölünməməsi üçün şirkət şarj prosesinin idarəsindən cavabdeh olan Surge P1 adlı çipdən istifadə edə bilər. Bununla yanaşı Xiaomi 13 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da əldə edə bilər. Smartfonun sahib olacağı digər texniki göstəricilər barəsində bir məlumat yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra təqdim olunub - QİYMƏTİ

Xiaomi xüsusi təqdimat tədbiri çərçivəsində qatlana bilən Mix Fold 2 və Redmi K50 Ultra flaqman smar..


200 MP-lik kameraya sahib Moto X30 Pro və qatlana bilən Motorola RAZR (2022) təq..

Motorola şirkəti artıq uzun zamandır ki, barəsində məlumatlar yayılan Moto X30 Pro adlı flaqman smar..


Qatlana bilən Samsung Galaxy Z Fold 4 və Galaxy Z Flip 4 təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları Galaxy ..


iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Artıq gələn ay Apple şirkəti iPhone 14 smartfon seriyasını təqdim edəcək.


Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Bu smartfon flaqman smartfonlar sırasına daxil olsa da şirkət onun bəzi özəlliklərini əvvəlki flaqma..


Samsung öz cihazlarının fərdi təmir proqramını istifadəyə verib

Samsung şirkəti elektron cihazların təmiri sahəsində fəaliyyət göstərən iFixit saytı ilə birlikdə Ga..

×