Logo
    main-post-cover

    Xiaomi 13 ilə Xiaomi 13 Pro-nun qlobal versiyaları və Xiaomi 13 Lite Avropada hansı qiymətə satılacaqlar?

    Cihazlar+
    17.02.2023
    Emil
        Bu ayın sonunda Barselonada start götürəcək MWC 2023 sərgisində Xiaomi şirkəti də iştirak edəcək. Sərgi çərçivəsində şirkət Xiaomi 13Xiaomi 13 Pro smartfonlarının qlobal versiyalarını təqdim edəcək. İndi isə insayderlər sözügedən smartfonların qlobal versiyalarının Avropa qiymətləri barəsində məlumat veriblər. Bundan əlavə olaraq Xiaomi 13 Lite modelinin də Avropadakı satış qiyməti açıqlanıb.
        Beləliklə verilmiş məlumata əsasən Xiaomi 13 modelinin 8 GB RAM-a və 256 GB daxili yaddaşa sahib standart versiyası Avropa bazarında 999 avro qiymətində satışa çıxacaq. Xiaomi 13 Pro-nun 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası Avropa bazarında 1299 avro qiymətində satışa çıxacaq. Xiaomi 13 Lite smartfonuna gəldikdə isə onun 8 GB RAM-a vəə 128 GB daxili yaddaşa sahib versiyası Avropa bazarında 499 avro qiymətində satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər