main-post-cover

    Xiaomi 13 Lite smartfonunun real fotoları ortaya çıxıb

    Cihazlar+
    13.02.2023
    Farid Pardashunas
        Xiaomi 13 Lite smartfonunun güman olunan təqdimatına az müddət qalmış insayderlər onun real fotolarını təqdim ediblər. Əgər ortaya çıxmış fotolar həqiqəti əks etdirirlərsə, deməli Xiaomi 13 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Bununla yanaşı fotolardan birində görmək olar ki, smartfon ekranı üzərində iPhone 14 Pro modellərindəki Dynamic Island-a bənzəyən çıxıntı hissəyə sahib olacacaq. O, ikili ön kameranın yerləşdirilməsi üçün nəzərdə tutulub.
        Smartfonun arxa panelində 50 MP-lik əsas kamera ilə əlavə iki köməkçi kameranı özündə birləşdirəcək xüsusi kamera sahəsi yerləşəcək. Məlumata əsasən Xiaomi 13 Lite modeli Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 67 vatt gücündə şarj adapterinə sahib olacaq. Smartfonun bu ayın sonunda start götürəcək MWC 2022 sərgisində təqdim ediləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, MWC 2022 sərgisi 27 fevraldan 2 mart tarixinə kimi baş tutacaq. Xiaomi artıq bu sərgidə iştirakını təsdiqləyib. Gözləntilərə əsasən şirkət sərgi çərçivəsində Xiaomi 13Xiaomi 13 Pro smartfonlarının qlobal versiyalarını və eləcə də Xiaomi 13 Lite modelini təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər