
Xiaomi 13 Lite smartfonunun texniki özəllikləri və qiyməti təqdimatdan öncə məlum olub
Xiaomi 13 Lite smartfonunun təqdimatına az müddət qalmış o, Avropanın online mağazalarından birində ortaya çıxıb. Online mağaza sözügedən smartfonun bütün texniki göstəriciləri ilə yanaşı onun satış qiymətini də sərgiləyib. Beləliklə online mağazadakı məlumatlara əsasən Xiaomi 13 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində isə iPhone 14 Pro modellərindəki Dynamic Island-a bənzər çıxıntı yerləşəcək və özündə ikili ön kameranı birləşdirəcək.
Bununla yanaşı smartfonun ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunacaq və özündə barmaq izi skanı texnologiyasını birləşdirəcək. Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi 13 Lite modeli Snapdraogn 7 Gen 1 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 20 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ikili ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Online mağazada qeyd edilmiş məlumata əsasən Xiaomi 13 Lite modelinin 128 GB yaddaşa sahib versiyası 449 avroya, 256 GB yaddaşa sahib versiyası isə 549 avroya satılacaq. Qeyd etmək lazımdır ki, Xiaom 13 Lite smartfonu gələn həftə Barselonada start götürəcək MWC 2023 sərgisi çərçivəsində təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər