Logo
    main-post-cover

    Xiaomi 13 Pro-nun əsas kamerasının imkanları sərgilənib

    Cihazlar+
    30.11.2022
        Xiaomi şirkətinin CEO-su Lei Jun Çinin Weibo adı sosial şəbəkəsində Xiaomi 13 Pro-nun əsas arxa kamera obyektivi barəsində məlumatlar verib və həmin kamera vasitəsilə çəkilmiş fotoları təqdim edib. Lei Jun-un sözlərinə əsasən Xiaomi 13 Pro-nun əsas arxa kamerası çəkilmiş fotoların keyfiyyətləri məsələsində digər brendlərin flaqman smartfonları ilə rəqabət apara biləcək. Beləliklə məlumatda qeyd edilib ki, Xiaomi 13 Pro smartfonu 50 MP-lik Sony IMX989 kamerasını əldə edəcək. Sözügedən kamera obyektivi Sony və Xiaomi-nin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Birgə əməkdaşlıq çərçivəsində hər iki şirkət bu kameranın hazırlanması üçün ümumilikdə 3 450 000 dollar vəsait xərcləyib. Sony IMX989-un piksel ölçüsü 1.5 mikometr təşkil edir. Bununla yanaşı o, faza avtofokusuna sahibdir. Sözügedən kameranın çəkiliş imkanlarını təqdim edilmiş fotolardan görmək olar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 13 Pro-nun əsas kamerasının imkanları sərgilənib | Technote