
Xiaomi 13 Pro-nun yeni real fotoları ortaya çıxıb
Təqdimatdan bir gün öncə Xiaomi 13 Pro flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Xiaomi şirkəti sabah Xiaomi 13 smartfon seriyasını təqdim edəcək. Verilmiş yeni məlumata əsasən Xiaomi 13 Pro modeli bazara minimum 3 gövdə rəngində satışa çxıacaq: Yaşıl, mavi və ağ. Bununla yanaşı smartfon şüşə materialdan hazırlanmış gövdəyə sahib olacaq və gövdənin özü IP68 standartı üzrə sudan qorunacaq. Dizayn baxımından Xiaomi 13 Pro modeli dairəvi kənar hissələri əldə edəcək.
Onun ekranının yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Ortaya çıxmış real fotolardan da görmək olar ki, smartfonun arxa panelində kamera obyektivlərinin yerləşdikləri kvadrat sahə mövcuddur. Həmin kvadrat sahənin daxilində Leica şirkətinin kamera obyektivləri və LED işıqlandırma yerləşdirilib. Texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru və 8/12 GB RAM ilə təchiz olunacaq. Smartfon qutudan MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaq.
Paylaş
Bənzər xəbərlər