main-post-cover

    Xiaomi 13 Ultra-nı foto kameraya çevirmək mümkün olacaq

    Cihazlar+
    14.04.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti alıcıların diqqətlərini Xiaomi 13 Ultra flaqman smartfonuna tərəf çəkməyə davam edir. Görünür, şirkət Xiaomi 13 Ultra-nın alıcılar arasında tam bir kamera kimi qəbul edilməsi üçün çoxlu güc sərf edib. Şirkət tərəfindən paylaşılmış yeni tizer fotosunda sözügedən smartfon üçün nəzərdə tutulmuş keys əks olunub. Həmin keys smartfonu tam bir foto kameraya çevirə bilir. Çox güman ki, keys özündə əlavə kamera obyektivlərini birləşdirir. Bununla yanaşı keysin gövdəsində fotonun çəkilməsi üçün nəzərdə tutulmuş ayrıca fiziki düymə də mövcuddur. Böyük ehtimal ilə şirkət sözügedən aksesuarı fotoçəkiliş ilə məşğul olan həvəskar şəxslər üçün təklif edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi 13 Ultra-nın təqdimatı 18 aprel tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər