
Xiaomi 13 Ultra-nın kameraları barəsində yeni məlumat verilib
Yogesh Brar adlı insayder Xiaomi 13 Ultra smartfonu barəsində bəzi yeni məlumatları təqdim edib. İnsayder tərəfindən təqdim edilmiş yeni məlumatlar arasında ən maraqlısı isə Xiaomi 13 Ultra-nın kameraları ilə bağlıdır. Belə ki, insayderin sözlərinə əsasən Xiaomi 13 Ultra dördlü arxa kamera ilə təchiz olunacaq və onların hamısı 50 MP-lik olacaq. Bununla belə Yogesh Brar bildirib ki, təqdim edilmiş bu məlumatlar dəqiq olmaya bilərlər.
Belə ki, onlar şayiələr əsasında formalaşdırılıb. Lakin onu da qeyd etmək lazımdır ki, sözügedən insayder tərəfindən daha öncə təqdim edilmiş şübhəli məlumatlar nəticədə doğru olmuşdular. Xiaomi 13 Ultra smartfonuna gəldikdə isə onun 120 Hz-lik təsvir yenilənməsinə sahib QHD+ keyfiyyətli 6.7 düym AMOLED ekran, Snapdragon 8 Gen 2 porosessoru və 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər