Logo
    main-post-cover

    Xiaomi 13 Ultra-nın kameraları vasitəsilə çəkilmiş foto nümunələr təqdim edilib

    Cihazlar+
    12.04.2023
    Emil
        Xiaomi şirkəti Xiaomi 13 Ultra flaqman smartfonunun təqdimat tarixini artıq rəsmi şəkildə elan edib. Smartfonun təqdimatı 18 aprel tarixində baş tutacaq. İndi isə şirkət smartfonun kamerası vasitəsilə çəkilmiş fotoların nümunələrini təqdim edib. Təqdim edilmiş fotolar Xiaomi 13 Ultra kamerasının portret, hərəkətdə olan obyektlərin və gecə çəkilişlərinin öhdəsindən necə gəldiyini sərgiləyirlər. Məlumatda qeyd edilib ki, bu fotolar smartfonun 4 arxa kamerasından 3-ü vasitəsilə çəkilib. Bununla belə şirkət smartfonun arxa kamera göstəriciləri barəsində məlumat verməyib. Lakin insayderlərin sözlərinə əsasən Xiaomi 13 Ultra-nın 4 arxa kamerasının hamısı 50 MP-lik olacaq.
    Paylaş
    Bənzər xəbərlər