Xiaomi 13 Ultra-nın kameralarından biri barəsində məlumat verilib

Xiaomi 13 Ultra-nın kameralarından biri barəsində məlumat verilib

Mobil Cihazlar
03.03.2023 PAYLAŞIM

    Hələ yanvar ayında məlum oldu ki, hal hazırda hazırlanan Xiaomi 13 Ultra flaqman smartfonunun kamera göstəriciləri Xiaomi 12S Ultra-nın kamera göstəricilərindən fərqlənəcək. Bununla belə bu fərqliliyin heç də yaxşı tərəfə olacağına zəmanət verilmir. Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 13 Ultra modelinin köməkçi kamerası barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, Xiaomi 13 Ultra-nın əsas kamerası 1” matrisalı Sony IMX989-dən təşkil ediləcək.

    Lakin insayderin verdiyi məlumata əsasən smartfonun köməkçi kamerası 50 MP-lik olacaq və o, böyük olmayan matrisa (1/2.51”) ilə 0.7 mikrometr ölçülü piksellərə sahib Sony IMX858-dən təşkil ediləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 12S Ultra modelinin genişbucaqlı və periskop kameraları daha böyük matrisalı (1/2“) 48 MP-lik Sony IMX586-dan təşkil ediliblər. Digər tərəfdən insayder bildirib ki, Xiaomi şirkəti Xiaomi 13 Ultra-nın Sony IMX858 kamera sensorunda hansısa yeni texnologiyalardan istifadə edəcək. Buna görə də smartfonun köməkçi kamerasının hansı keyfiyyəti sərgiləyəcəyini indidən söyləmək çətindir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×