Logo
    main-post-cover

    Xiaomi 13 Ultra-nın keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    11.04.2023
    Emil
        OnLeaks ləqəbli məşhur insayder təqdimata hazırlaşan Xiaomi 13 Ultra smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolara əsasən Xiaomi-nin yeni flaqman smartfonu kənarları əyilmiş dizaynda reallaşdırılmış ekrana sahibdir. Bununla yanaşı ekran ətrafı çərçivələr maksimal dərəcədə nazikdir. Arxa paneldə gövdədən bir qədər hündür yerləşən dairəvi formalı kamera sahəsi mövcuddur. LED işıqlandırma da kamera sahəsinin daxilində yerləşir.
        Məlumata əsasən Xiaomi 13-ün gövdəsi metal və şüşədən hazırlanıb. Texniki özəlliklər baxımından smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.74 düym E6 AMOLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Şirkət Xiaomi 13 Ultra-nın dəqiq təqdimat tarixini hələ elan etməyib. Lakin bəzi məlumatlara əsasən təqdimat tədbiri 18 aprel tarixində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər