
Xiaomi 13 Ultra-nın minimal RAM yaddaşı ilə daxili yaddaş həcmi məlum olub
Dünən Xiaomi şirkəti rəsmi olaraq təsdiqlədi ki, o bu ay Xiaomi 13 Ultra flaqman smartfonunu təqdim edəcək. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində, daxilində müəyyən sayda Xiaomi 13 Ultra olan qutunun fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodakı qutunun üzərində 12 GB RAM, 256 GB daxili yaddaş və Xiaomi 13 Ultra yazısı var. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Xiaomi 13 Ultra smartfonu minimal konfiqurasiyada 12 GB RAM-a və 256 GB daxili yaddaşa sahib olacaq. Ortaya çıxmış foto isə bunu təsdiqləyir. Xiaomi 13 Ultra smartfonunun dəqiq şəkildə hansı tarixdə təqdim ediləcəyi bilinmir. Xiaomi təqdimat tarixini yaxın zamanda elan etməlidir.
Paylaş
Bənzər xəbərlər