main-post-cover

    Xiaomi 13 Ultra-nın qlobal bazarda hansı qiymətə satılacağı məlum olub

    Cihazlar+
    31.05.2023
    Emil Nəcəfov
        Xiaomi keçən ay Çin bazarında Xiaomi 13 Ultra smartfonunu təqdim edəndən sonra onun qlobal bazarda satışlarına hazırlaşır. Smartfonun ön sifarişi ilə bağlı səhifələri Almaniyanın Gomibo və Hollandiyanın Belsimpel adlı online mağazalarında ortaya çıxıblar. Nəticədə Xiaomi 13 Ultra-nın Avropa bazarında hansı qiymətə satılacağı məlum olub. Beləliklə Gomibo-da smartfon 1277 avroya, Belsimpel-də isə 1299 avroya təqdim edilir. Qeyd etmək lazımdır ki, daha öncə Xiaomi 13 Ultra-nın Avropa bazarında 1499 avroya satılacağı güman edilirdi. Online mağazalarda həmçinin qeyd edilib ki, Xiaomi 13 Ultra-nın qlobal versiyası yaxın həftələrdə satışa çıxacaq.
    Linki kopyala