
Hələ bir neçə müddət bundan öncə Xiaomi şirkəti Xiaomi 13 və 13 Pro smartfonlarının qlobal versiyalarını təqdim etmişdi. İndi isə şirkət Xiaomi 13 smartfon seriyasının daha bir modeli üzərində çalışır. Söhbət, Xiaomi 13 Ultra-dan gedir. Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən hazırlanan Xiaomi 13 Ultra smartfonu nəticə etibarilə qlobal bazarda da satışa çıxacaq. Smartfonun nə zaman təqdim ediləcəyi dəqiq şəkildə bilinmir. Lakin bəzi məlumatlara əsasən bu, may ayında baş tuta bilər. Son məlumat sızıntılarına əsasən Xiaomi 13 Ultra modeli 120-144 Hz-lik təsvir yenilənməsinə sahib QHD+ keyfiyyətli böyük ölçülü Samsung E6 AMOLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 16 GB-a kimi RAM və 1 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Onun qlobal bazarda 1300$-dan baha qiymətə satılacağı gözlənilir.
Şərh yoxdur