
Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub
Cihazlar+
06.06.2023
Emil
Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasının Avropadakı satışlarına nə zaman start veriləcəyini elan edib. Bununla belə Xiaomi 13 Ultra-nın qlobal versiyasının rəsmi satış qiyməti də məlum olub. Qeyd etmək lazımdır ki, Xiaomi 13 Ultra qlobal bazarda yalnız bir versiyada satışa çıxacaq. Söhbət, smartfonun 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyasından gedir. Beləliklə sözügedən smartfon Avropa bazarında 1499 avro qiymətində satılacaq. Satışlara isə 12 iyun tarixində start veriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
