Xiaomi 13 Ultra-nın qlobal versiyasının təqdimat tarixi məlum olub
Cihazlar+
02.06.2023
Farid Pardashunas
Xiaomi aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasının təqdimatına hazırlaşır. Şirkətin rəsmi saytında təqdim edilmiş geri sayıma əsasən Xiaomi 13 Ultra-nın qlobal versiyası 8 iyun tarixində təqdim ediləcək. Onu da qeyd etmək lazımdır ki, Xiaomi sözügedən smartfonun qlobal versiyasının ilk alıcılarına 3 aylıq pulsuz Youtube Premium abunəliyini və Google One bulud servisində 100 GB yaddaş həcmini təqdim edəcək. Xiaomi 13 Ultra-nın qlobal bazarda hansı qiymətə satılacağı barəsində rəsmi məlumat təqdim edilməyib. Lakin insayderlər bildirirlər ki, smartfon qlobal bazarda 1300 avroya satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)