Logo
    main-post-cover

    Xiaomi 13 Ultra-nın satış qiymətləri barəsində məlumat ortaya çıxıb

    Cihazlar+
    11.04.2023
    Emil
        Xiaomi-nin bu ay ərzində Xiaomi 13 Ultra flaqman smartfonunu təqdim edəcəyi səbəbilə onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Çinin Weibo adlı sosial şəbəkəsində smartfonun satış qiymətləri barəsində məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən smartfon 3 versiyada satışa çıxacaq. Onlardan birincisi 8 GB RAM-a və 256 GB yaddaşa, ikincisi 12 GB RAM-a və 256 GB yaddaşa, üçüncüsü isə 16 GB RAM-a və 512 GB yaddaşa sahib olacaq. Beləliklə məlumatda qeyd edilib ki, birinci versiya 915$-a, ikinci versiya 987$-a, üçüncü versiya isə 1089$-a satılacaq. Qeyd etmək lazımdır ki, bu qiymətlər smartfonun Çin bazarındakı satış qiymətləridir. Qlobal bazarda Xiaomi 13 Ultra daha baha qiymətə satılacaq. Bəzi məlumatlara əsasən smartfon 18 aprel tarixində təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər