
Xiaomi 13 Ultra-nın təqdimat tarixi rəsmi şəkildə elan edilib
Bir neçə ay ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Xiaomi şirkəti sonunda Xiaomi 13 Ultra flaqman smartfonunun təqdimat tarixini elan edib. Beləliklə şirkətin təqdim etmiş olduğu dəvət posterinə əsasən Xiaomi 13 Ultra smartfonu 18 aprel tarixində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.74 düym E6 AMOLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər