
Xiaomi 13 Ultra-nın təqdimat tarixi sızdırılıb
Keçən həftə Xiaomi rəsmi şəkildə təsdiqləmişdi ki, o bu ay Xiaomi 13 Ultra smartfonunu təqdim edəcək. Lakin şirkət təqdimatın keçiriləcəyi tarixi hələ açıqlamayıb. Çinin online mağazalarından birində isə Xiaomi-nin yeni məhsullarının hansı tarixdə təqdim ediləcəyi barəsində məlumat ortaya çıxıb. Həmin online mağazadakı kiçik elana əsasən Xiaomi-nin növbəti təqdimat tədbiri 18 aprel tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər