Logo
    main-post-cover

    Xiaomi 13 Ultra-nın texniki özəllikləri məlum olub

    Cihazlar+
    10.04.2023
    Emil
        İnsayderlər təqdimata hazırlaşan Xiaomi 13 Ultra smartfonunun texniki özəlliklərini təqdim ediblər. Beləliklə təqdim edilmiş məlumatlara əsasən Xiaomi 13 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD (2K) keyfiyyətli 6.74 düym AMOLED E6 ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə LPDDR5X standartlı RAM yaddaşını və UFS 4.0 standartlı daxili yaddaş həcmini birləşdirəcək.
        Batareya məsələsində Xiaomi 13 Ultra 90 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyaya sahib olacaq və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. İnsayderlər bildiriblər ki, Xiaomi 13 Ultra təkmilləşdirilmiş kameralara sahib olacaq. Belə ki, onların sözlərinə inansaq, smartfon dördlü arxa kamera ilə təchiz olunacaq və onlardan hər biri 50 MP-lik olacaq. Xiaomi artıq rəsmi şəkildə elan edib ki, Xiaomi 13 Ultra bu ay təqdim ediləcək. Dəqiq tarix yaxın zamanda elan edilməlidir.
    Paylaş
    Bənzər xəbərlər