Logo
    main-post-cover

    Xiaomi 13 Ultra qlobal bazarda hansı qiymətə satılacaq?

    Cihazlar+
    19.04.2023
    Emil
        Dünən Xiaomi şirkəti Xiaomi 13 Ultra smartfonunu təqdim etdi. Bu smartfon yaxın günlərdə Çin bazarında satışa çıxacaq və bir neçə aydan sonra onun qlobal bazarda satışa çıxacağı gəzlənilir. İndi isə insayderlər Xiaomi 13 Ultra-nın qlobal bazarda hansı qiymətə satılacağı barəsində məlumat veriblər. İnsayderlərin sözlərinə əsasən qlobal bazarda Xiaomi 13 Ultra-nın qiyməti 1500-1900 avro təşkil edəcək. Daha əvvəlki məlumat sızıntılarında isə smartfonun qlobal bazarda qiymətinin 1300 avrodan start götürəcəyi qeyd edilirdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, smartfonun Çin bazarında qiyməti 873$-dan start götürür.
    Paylaş
    Bənzər xəbərlər