main-post-cover

    Xiaomi 13-ün 75 mm-lik köməkçi kamerasının imkanları sərgilənib

    Cihazlar+
    30.11.2022
    Farid Pardashunas
        Xiaomi şirkətinin CEO-su Lei Jun Çinin Weibo adlı sosial şəbəkəsindəki yeni paylaşımında Xiaomi 13 Xiaomi 13 Pro smartfonlarında Leica istehsalı olan 75 mm-lik köməkçi kameradan danışıb. Bununla yanaşı şirkətin CEO-su həmin kamera vasitəsilə çəkilmiş foto nümunələr də təqdim edib. Lei Jun təsdiqləyib ki, Xiaomi 13 smartfonları Leica-nın f/2.0 diafraqmaya sahib 75 mm-lik teleobyektivi ilə təchiz olunacaqlar. Bununla yanaşı o qeyd edib ki, sözügedən kamera Xiaomi tarixininin ən yxşı köməkçi kamerası olacaq. Məlumatda teleobyektivin hansı MP göstəricisinə sahib olacağı qeyd edilməyib. Lakin təqdim edilmiş fotolardan onun çəkiliş imkanlarını qiymətləndirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər