Logo
    main-post-cover

    Xiaomi 13-ün dizaynını sərgiləyən yeni fotolar təqdim edilib

    Cihazlar+
    23.11.2022
    Emil
        İnternetdə Xiaomi 13 flaqman smartfonunun yeni fotoları ortaya çıxıb. Bu dəfə onun dizaynı smartfonlar üçün nəzərdə tutulmuş keyslərin istehsalçısı tərəfindən sərgilənib. Ortaya çıxmış yeni fotolar ümumilikdə Xiaomi 13 barəsində daha öncəki render fotolar ilə üst-üstə düşürlər. Lakin bu məsələdə bir nüans var və həmin nüans smartfonun arxa kameralarınn yerləşmələri tərzidir. Əvvəlki render fotolarda arxa kameralar çarpaz şəkildə yerləşdirilmişdi. Lakin yeni fotolarda arxa kameralar bir-birilərinin altında yerləşiblər. Qeyd etmək lazımdır ki, Xiaomi öz növbəti flaqman smartfonunun təqdimat tarixini hələ elan etməyib. Xiaomi-nin CEO-su olan Lu Weibing Çinin Weibo sosial şəbəkəsində qeyd edib ki, noyabr ayının sonuna kimi şirkətin hansısa flaqman smartfonu təqdim olunacaq. Təqdim ediləcək flaqman smartfonun hansı seriyaya daxil olacağını anlamaq isə elə də çətin deyil.
    Paylaş
    Bənzər xəbərlər