
Xiaomi 13-ün maketinin ilk fotoları ortaya çıxıb
Cihazlar+
22.11.2022
Emil
MyDrivers saytı təqdimata hazırlaşan Xiaomi 13 smartfon modelinin maketinin fotolarını təqdim edib. Məlumatda qeyd edilib ki, fotolarda əks edilmiş maketlər smartfonun dəqiq çertyojları vasitəsilə hazırlanıb və onlar smartfonlar üçün nəzərdə tutulmuş keyslərin istehsalında istifadə edilir. Adətən bu cür maketlər smartfonlar üçün müxtəlif aksesuarlar istehsal edən istehsalçılara təqdimatdan bir neçə həftə öncə göndərilir. Məlumata əsasən Xiaomi 13 smartfonu iPhone 14 kimi yastı çərçivələrə sahib olacaq.

Çərçivələr isə alüminum ərintisindən hazırlanacaq. Maketləri əks etdirən fotolardan da görmək olar ki, Xiaomi 13 həmçinin yastı ekranı özündə birləşdirəcək. Yandırıb/söndürmə düyməsi isə smartfonun sağ hissəsində yerləşəcək. Maraqlısı ondadır ki, smartfonun arxa paneli bütün perimetr üzrə yuvarlaq dizayn əldə edib. Son məlumatlara əsasən Xiaomi 13 smartfonu 1.5K və ya 2K keyfiyyətli 6.2 düym ekran, Snapdragon 8 Gen 2 prosessoru və 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Xiaomi 13 smartfon seriyasının bu ayın sonuna kimi təqdim ediləcəyi gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
