
Xiaomi 13-ün qlobal versiyası təqdimata 1 həftə qalmış Geekbench 5 testlərindən keçib
Xiaomi gələn həftə Barselonada start götürəcək MWC 2023 sərgisi çərçivəsində Xiaomi 13 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. Təqdimata az müddət qalmış adi Xiaomi 13 modeli Geekbench 5 bençmark saytının testlərindən keçib. Adətən bençmark saytları cihazların texniki özəlliklərinin bəzilərini təqdim etsələr də, Xiaomi 13 barəsində artıq hər şey məlumdur. Belə ki, sözügedən smartfon seriyası Çin bazarında dekabr ayında təqdim edilib. Beləliklə Geekbench 5-in məlumatlarına əsasən adi Xiaomi 13-ün qlobal versiyası 12 GB RAM ilə təchiz olunacaq və Android 13 vasitəsilə çalışacaq. Həmçinin smartfonun 8 GB RAM-a sahib versiyasının olacağı gözlənilir. Smartfonun qlobal versiyası Geekbench 5-in bir nüvəli testi çərçivəsində 1490 xal, çox nüvəli testi çərçivəsində isə 5111 xal toplayıb. Xiaomi 13 smartfonlarının qlobal versiyaları 27 fevral tarixində təqdim edilməlidir. Şirkət əlavə olaraq Xiaomi 13 Lite modelini də təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər