
Xiaomi 13-ün sabahkı təqdimatı təxirə salınıb
Xiaomi şirkəti Xiaomi 13 və Xiaomi 13 Pro smartfonlarının təqdimatlarını təxirə saldığını elan edib. Bu xəbəri şirkət Çinin Weibo sosial şəbəkəsindəki hesabında yerləşdirib. Qeyd etmək lazımdır ki, şirkətin təqdimat tədbiri sabah baş tutmalı idi. Şirkətin yeni flaqman smartfonları ilə digər məhsullarının təqdimatlarının baş tutacaqları gözlənilən tədbirin təxirə salınmasının səbəbi isə Çinin keçmiş lideri Jiang Zemin-in vəfat etməsidir. Şirkət təqdimat tədbirinin keçiriləcəyi yeni tarixi daha sonra elan edəcək.
Paylaş
Bənzər xəbərlər