main-post-cover

    Xiaomi 13-ün təqdimat tarixi barəsində məlumat ortaya çıxıb

    Cihazlar+
    27.11.2022
    Farid Pardashunas
        Son günlərdə Xiaomi 13 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. Bu isə sözügedən smartfon seriyasının təqdimatının yaxın zamanda baş tutacağına işarə edir. İndi isə Xiaomi 13-ün təqdimat tarixi barəsində yeni məlumat verilib. Məlumata əsasən Xiami öz yeni flaqman smartfon seriyasını 1 dekabr tarixində təqdim edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi öz yeni flaqman smartfon seriyasının təqdimatını hələ anons etməyib. Gözləntilərə əsasən yeni smartfon seriyasına Xiaomi 13 və Xiaomi 13 Pro modelləri daxil olacaqlar. Hər iki smartfon Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər