main-post-cover

    Xiaomi 13-ün təqdimat tarixi rəsmi şəkildə elan edilib

    Cihazlar+
    28.11.2022
    Farid Pardashunas
        Son zamanlarda olmuş çoxlu sayda məlumat sızıntısından sonra Xiaomi şirkəti sonunda Xiaomi 13 smartfon seriyasının təqdimat tarixini elan edib. Beləliklə şirkət tərəfindən verilmiş rəsmi məlumata əsasən Xiaomi 13 smartfon seriyasının təqdimatı 1 dekabr tarixində baş tutacaq. Təqdimat tədbiri Çində keçiriləcək. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntısında məhz bu tarix qeyd edilmişdi. Xiaomi 13 seriyasına minimum 2 smartfon modeli daxil olacaq. Söhbət, adi Xiaomi 13 və Xiaomi 13 Pro-dan gedir. Xiaomi həmçinin qeyd edib ki, sözügedən smartfonlar nazik çərçivələrə sahib yastı OLED ekranı, Snapdragon 8 Gen 2 prosessoru və IP68 standartı üzrə sudan qorunma özəlliyini əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər