
Xiaomi 13-ün yeni render fotosu ortaya çıxıb
Cihazlar+
25.11.2022
Emil
Çinin Weibo sosial şəbəkəsində Xiaomi 13 flaqman smartfonunun yeni render fotosu ortaya çıxıb. Ortaya çıxmış yeni render fotoda adi Xiaomi 13 modeli əks olunub. Beləliklə render fotosu bir daha təsdiqləyir ki, Xiaomi 13 modeli Leica şirkətinin üçlü arxa kamerasını əldə edəcək. Bununla yanaşı smartfonun qəhvəyi rəngdə olan gövdəyə sahib versiyası da satışa çıxarılacaq. Texniki göstəricilərə gəldikdə isə Xiaomi 13 Snapdragon 8 Gen 2 prosessoru və 12 GB-a kimi RAM yaddaşı ilə təchiz olunacaq. Smartfon qutudan MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaq. Xiaomi 13 smartfon seriyası ya bu ayın sonuna kimi və ya da dekabr ayının əvvəlində təqdim ediləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
