
Xiaomi 13T-nin bəzi texniki göstəriciləri məlum olub
Cihazlar+
03.07.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası üzərində çalışır. Sözügedən seriyaya Xiaomi 13T ilə yanaşı Xiaomi 13T Pro da daxil olmalıdır. İndi isə insayderlər Xiaomi 13T barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumata əsasən Xiaomi 13T modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib CrystalRes AMOLED ekran ilə təchiz olunacaq və özündə Leica istehsalı olan əsas arxa kameranı birləşdirəcək.
Məlumatda qeyd edilib ki, smartfon 4 nanometrlik prosessor vasitəsilə çalışacaq. Lakin söhbətin hansı prosessordan getdiyi məlum deyil. İnsayderlərin sözlərinə əsasən Xiaomi 13T modeli həmçinin 8 GB RAM, 256 GB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi 13T smartfon seriyasının sentyabr ayının əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
