main-post-cover

    Xiaomi 13T-nin güman olunan təqdimat tarixi açıqlanıb

    Cihazlar+
    05.09.2023
    Emil Nəcəfov
        Artıq heç kim üçün sirr deyil ki, Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyasının təqdimatına hazırlaşır. İndi isə insayderlər bu smartfon seriyasının güman olunan təqdimat tarixini açıqlayıblar. Beləliklə əgər insayderlərin sözlərinə inansaq, Xiaomi 13T seriyasının təqdimatı Avropada 26 sentyabr tarixində baş tutacaq. Yəni 3 həftədən sonra. Təqdimat tədbirinin Berlində baş tutacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Xiaomi 13T seriyasına iki model daxil olacaq. Xiaomi 13T və Xiaomi 13T Pro. Hər iki smartfonun 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunacağı gözlənilir. Adi Xiaomi 13T modeli MediaTek Dimensity 8200 prosessoru, Xiaomi 13T Pro isə Dimensity 9200+ prosessoru vasitəsilə çalışmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər