
Xiaomi 13T-nin texniki göstəriciləri barəsində məlumatlar verilib
Xiaomi şirkəti hal hazırda Xiaomi 13T smartfon seriyasının təqdimatına hazırlaşır. Keçən həftə Xiaomi 13T Pro-nun texniki göstəriciləri ortaya çıxmışdı. İndi isə adi Xiaomi 13T modelinin texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Xiaomi 13T smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym ekran ilə təchiz olunacaq.
Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Məlumatda qeyd edilib ki, smartfon MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Xiaomi 13T 50 MP + 50 MP + 12 MP üçlü arxa kameraya, 20 MP-lik ön kameraya və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Xiaomi 13T smartfon seriyasının gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər