
Xiaomi 13T-nin texniki göstəriciləri və qiyməti ortaya çıxıb
Cihazlar+
12.09.2023
Emil
Xiaomi şirkəti 26 sentyabr tarixində Xiaomi 13T smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya Xiaomi 13T ilə 13T Pro modelləri daxil olacaqlar. İndi isə internetdə adi Xiaomi 13T modelinin texniki göstəriciləri və Avropa bazarındakı satış qiyməti ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Xiaomi 13T smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək.
Üstəlik ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Xiaomi 13T 50 MP + 50 MP + 12 MP üçlü arxa kameraya və 20 MP-lik ön kameraya sahib olacaq. Smartfon MIUI 14 interfeysli Android 14 vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib Xiaomi 13T modeli Avropa bazarında 700 avro qiymətində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
