
Xiaomi 13T Pro ilə Redmi K60 Ultra yayda təqdim oluna bilər
Cihazlar+
10.04.2023
Emil
IMEI məlumatlar bazasında Xiaomi 13T Pro smartfonu ortaya çıxıb. Sözügedən smartfon Redmi K60 Ultra-nın qlobal versiyası olacaq. IMEI məlumatlar bazasına əsasən Xiaomi 13T Pro smartfonu 23078PND5G model nömrəsinə, Redmi K60 Ultra smartfonu isə 23078RKD5C model nömrəsinə sahibdir. Smartfonların model nömrələrində olan “2307” ədədi bu smartfonların iyul ayında təqdim oluna biləcəklərinə işarə edir. Məlumata əsasən həm Xiaomi 13T Pro həm də Redmi K60 Ultra MediaTek şirkətinin Dimensity 9200 prosessoru ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
