
Xiaomi 13T Pro-nun texniki göstəriciləri barəsində məlumat verilib
Dünən insayderlər Xiaomi 13T smartfonunun texniki göstəriciləri barəsində bəzi məlumatları təqdim etmişdilər. İndi isə insayderlər Xiaomi 13T Pro barəsində bəzi məlumatları təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən Xiaomi 13T Pro modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib CrystalRes AMOLED ekran ilə təchiz olunacaq. Xiaomi 13T kimi Xiaomi 13T Pro da 4 nanometrlik prosessor vasitəsilə çalışacaq. Lakin söhbətin hansı prosessordan getdiyi bilinmir. Bununla yanaşı Xiaomi 13T Pro modeli 12 GB RAM, 512 GB-a kimi daxili yaddaş həcmi, 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya və Leica istehsalı olan əsas arxa kamera ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, Xiaomi 13T smartfon seriyasının sentyabr ayının əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər