Logo
    main-post-cover

    Xiaomi 13T Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    07.07.2023
    Emil
        Xiaomi şirkəti qlobal bazarda Xiaomi 13T Pro smartfonunu təqdim etməyə hazırlaşır. Gözləntilərə əsasən smartfon yaxın zamanda təqdim olunacaq. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Məlumata əsasən Xiaomi 13T Pro smartfonu Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1289 xal, çox nüvəli testi çərçivəsində isə 3921 xal toplayıb. Məlumata əsasən Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench məlumatlarına əsasən smartfon Android 13 vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Xiaomi 13T Pro smartfonu Redmi K60 Ultra-nın qlobal versiyası olacaq.
    Paylaş
    Bənzər xəbərlər