Logo
    main-post-cover

    Xiaomi 13T Pro təqdimata hazırdır

    Cihazlar+
    31.07.2023
        Xiaomi artıq müəyyən müddətdir ki, Xiaomi 13T Pro smartfonu üzərində çalışır. Görünür, smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, Xiaomi 13T Pro NBTC adlı telekommunikasiya agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Yəni smartfon artıq təqdimata hazırdır. Təəssüflər olsun ki, məlumatlar bazasında Xiaomi 13T Pro-nun texniki göstəriciləri barəsində məlumat əks olunmayıb. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, MediaTek Dimensity 9200+ prosessoru, 8/12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 13T Pro təqdimata hazırdır | Technote