Logo
    main-post-cover

    Xiaomi 13T smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ortaya çıxıb

    Cihazlar+
    03.08.2023
        Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası üzərində çalışır. İndi isə sözügedən smartfon seriyasının nə zaman təqdim ediləcəyi ilə bağlı məlumat ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Xiaomi 13T smartfon seriyası yaxın zamanda təqdim olunacaq Redmi K60 Ultra smartfonunun qlobal versiyası rolunda çıxış edəcək.
        Ortaya çıxmış məlumata əsasən Xiaomi 13T smartfon seriyası 1 sentyabr tarixində təqdim ediləcək. Gözləntilərə əsasən bu seriyaya iki smartfon daxil olacaq. Xiaomi 13T və Xiaomi 13T Pro. Son məlumat sızıntılarına əsasən bu smartfonlar 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran ilə təchiz olunacaqlar və MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaqlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 13T smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ortaya çıxıb | Technote