
Xiaomi 13T smartfonları bəzi ölkələrdə Leica kameralarsız satılır
Cihazlar+
11.10.2023
Emil
Xiaomi şirkəti keçən ayın sonunda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim etdi. Sözügedən smartfonlar məşhur fotoaparat istehsalçısı olan Leica şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış kameraları əldə etdilər. İndi isə məlum olub ki, Xiaomi 13T smartfonları heç də bütün ölkələrdə Leica kameralarını əldə etməyiblər. İstifadəçilər aşkar ediblər ki, Nigeriya və Çilidə sözügedən smartfonların adi kameralara sahib versiyaları satılır. Bunu həmçinin bu ölkələrdəki Xiaomi saytında olan fotolar da təsdiqləyiblər.
Bəzi ölkələrdə Xiaomi 13T smartfonlarının satışlarına hələ start verilməyib. Buna görə də Xiaomi 13T smartfonlarının Leica kamerasına sahib olmayan versiyalarının satıldıqları ölkələrin sayı daha da arta bilər. Maraqlısı ondadır ki, bu smartfonların Nigeriyada və Çilidə Leica kameralarsız satılması onların satış qiymətlərinə təsir göstərməyib. Xiaomi 13T smartfonlarının bəzi ölkələrdə Leica kameralarsız satılmalarının əsas səbəbi məlum deyil. Bu, bəzi bazar məhdudiyyətləri və ya şirkətlər arasındakı müəyyən razılaşmalar ilə əlaqəli ola bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
