Logo
    main-post-cover

    Xiaomi 13T smartfonları təqdimata hazırlaşırlar

    Cihazlar+
    10.07.2023
    Emil
        Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası üzərində çalışır. Görünür, təqdimat tədbiri çox yaxındır. Belə ki, Xiaomi 13T ilə 13T Pro smartfonları IMEI məlumatlar bazasında ortaya çıxıblar. Smartfonlardan biri 2306EPN60G model nömrəsinə, digəri isə 23078PND5G model nömrəsinə sahibdir. Məlumatlar bazasında qeyd edilib ki, sözügedən yeni smartfonlar MIUI 14 istifadəçi interfeysinə və Android 13 əməliyyat sisteminə sahib olacaqlar.
        Daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi 13T ilə 13T Pro smartfonları 144 Hz-lik təsvir yenilənməsinə sahib CrystalRes AMOLED ekran ilə təchiz olunacaqlar. Adi Xiaomi 13T-nin hansı prosessor vasitəsilə çalışacağı bilinmir. Lakin Xiaomi 13T Pro böyük ehtimal ilə MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Əlavə olaraq smartfonlar 8/12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdırlar. Xiaomi 13T smartfon seriyasının gələn ay və ya sentyabrda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər