Logo
    main-post-cover

    Xiaomi 14 artıq bu ay təqdim oluna bilər

    Cihazlar+
    09.10.2023
    Emil
        Xiaomi şirkətinin prezidenti və Redmi brendinin rəhbəri vəzifələrində çalışan Lu Weibing Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında çox qısa bir mesaj paylaşıb. "Oktyabr ayı çox maraqlı olacaq". İnsayderlər bu mesajda Xiaomi-nin növbəti vacib təqdimatına işarənin olduğuna əmindirlər. Söhbət, Xiaomi 14 smartfon seriyasının təqdimatından gedir. Qeyd etmək lazımdır ki, Xiaomi 14 və Xiaomi 14 Pro smartfonları artıq Çinin müxtəlif sertifikatlaşdırma agentliklərində qeydiyyatdan keçiblər.
        Bu isə o deməkdir ki, şirkət sözügedən smartfonları Çində satışa çıxartmaq icazəsinə artıq sahibdir. Burdan da belə qənaətə gəlmək olar ki, Xiaomi 14 smartfon seriyası artıq bu ay təqdim olunacaq. Bunun olacağı halda Xiaomi 14 smartfonları bazarda Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək ilk smartfonlar olacaqlar. Qualcomm öz yeni flaqman prosessorunu bu ayın sonunda təqdim edəcək. Heç istisna deyil ki, Xiaomi 14 smartfon seriyası prosessorun təqdimatından 1 gün sonra təqdim olunsun. Smartfonlar həmçinin Snapdragon 8 Gen 3-ün təqdimatı zamanı da anons edilə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər