main-post-cover

    Xiaomi 14 CIVI-nin texniki göstəriciləri məlum olub

    Cihazlar+
    04.06.2024
    Emil Nəcəfov
         Keçən həftə Xiaomi şirkəti Xiaomi 14 CIVI smartfonunun təqdimatını anons etmişdi. Smartfon 12 iyun tarixində təqdim olunacaq və o, mart ayında təqdim edilmiş Xiaomi CIVI 4 Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. İndi isə Xiaomi 14 CIVI-nin texniki imkanlarının əks olunduqları foto internetdə ortaya çıxıb. Beləliklə ortaya çıxmış fotoya əsasən Xiaomi 14 CIVI smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli AMOLED ekranla təchiz olunacaq.
         Smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə optik stabilizasiya imkanına sahib 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Ön kamera mövzusunda Xiaomi 14 CIVI 32 MP + 32 MP ikili ön kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfon 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq məlum olub ki, Xiaomi 14 CIVI bazarda 3 gövdə rəngində satışa çıxacaq. Cruise Blue, Matcha Green Shadow Black.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 smartfonlarının kamera imkanları barəsində təfərrüatlar verilib
    xiaomi-15-smartfonlarinin-kamera-imkanlari-baresinde-teferruatlar-verilib
    Xiaomi CIVI 4 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
    xiaomi-civi-4-pro-nun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    POCO M6 Plus 5G smartfonu təqdimata hazırlaşır
    poco-m6-plus-5g-smartfonu-teqdimata-hazirlasir
    Redmi Note 14 Pro barəsində ilk məlumatlar verilib
    redmi-note-14-pro-baresinde-ilk-melumatlar-verilib
    Büdcəli Redmi A3x smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a3x-smartfonu-teqdim-edilib-qiymeti