Logo
    main-post-cover

    Xiaomi 14-dən sonra Snapdragon 8 Gen 3-ü hansı smartfonlar əldə edəcəklər?

    Cihazlar+
    25.10.2023
         Qualcomm artıq öz yeni flaqman prosessoru Snapdragon 8 Gen 3-ü təqdim edib və onu ilk əldə edəcək smartfonlar Xiaomi 14 Xiaomi 14 Pro olacaqlar. Lakin yaxın zamanda sözügedən prosessor digər flaqman Android smartfonlarda da istifadə ediləcək. Snapdragon 8 Gen 3-ün təqdimatından  sonra müxtəlif Android smartfon istehsalçıları onun vasitəsilə çalışacaq cihazlarını açıqlamağa başlayıblar.
         Beləliklə hal hazırda olan siyahıya əsasən Xiaomi 14 smartfonlarından sonra Snapdragon 8 Gen 3 prosessorunu ilk olaraq əldə edəcəklər arasında realme GT 5 Pro, iQOO 12, iQOO 12 Pro, OnePlus 12, OPPO Find X7 Provivo X100 Pro+ smartfonları dururlar. Bu smartfonların əksəriyyəti artıq bu ilin sonuna kimi təqdim olunmalıdır. Gözləntilərə əsasən smartfonlar ilk öncə Çində və daha sonra qlobal bazarda təqdim olunacaqlar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 14-dən sonra Snapdragon 8 Gen 3-ü hansı smartfonlar əldə edəcəklər? | Technote