Logo
    main-post-cover

    Xiaomi 14 düşünüldüyündən daha tez təqdim oluna bilər

    Cihazlar+
    06.09.2023
        Yaxın aylar ərzində Xiaomi 14 smartfon seriyasının təqdimatı gözlənilir. Daha öncə güman edilirdi ki, Xiaomi 14 ilin sonuna yaxın təqdim olunacaq. Lakin ortaya çıxmış yeni məlumata əsasən Xiaomi 14 düşünüldüyündən daha tez təqdim oluna bilər. Məsələ burasındadır ki, şirkətin Xiaomi 13 ehtiyatları tükənmək üzrədir və şirkət bu səbəbdən Xiaomi 14-ün təqdimatını daha tez keçirə bilər. Çinin böyük mağazalarında artıq bütün Xiaomi 13-lər satılıb. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Xiaomi 14 smartfon seriyası hər ilin 11 noyabr tarixində Çində start götürən böyük endirimli alış-verişlərdən öncə təqdim olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 14 düşünüldüyündən daha tez təqdim oluna bilər | Technote