Logo
    main-post-cover

    Xiaomi 14 ekran ətraf çərçivələrinin qalınlıqları mövzusunda iPhone 15 Pro-nu geridə qoyacaq

    Cihazlar+
    25.10.2023
    Emil
         Bir ay bundan öncə bir çoxları iPhone 15 Pro modellərinin ekran ətrafı nazik çərçivələrindən heyrətlənirdilər. Lakin görünür, Apple pərəstişkarlarının sevincləri çox çəkməyəcək. Belə ki, Xiaomi şirkətinin sabah təqdim edəcəyi Xiaomi 14 smartfonları daha nazik ekran ətrafı çərçivələri əldə edəcəklər. Şirkət tərəfindən verilmiş rəsmi məlumata əsasən Xiaomi 14 smartfonu 6.36 düym yastı ekranla təhciz olunacaq. Ekranın yuxarı və kənar çərçivələrinin qalınlıqları 1.61 mm, aşağı çərçivəsinin qalınlığı isə 1.71 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro-da ekran ətrafı çərçivələrinin qalınlıqları 1.75 mm təşkil edir. Adi iPhone 15 modelində isə bu göstərici 2.25 mm təşkil edir.
    Paylaş