Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun batareyaları barəsində məlumat verilib

Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun batareyaları barəsində məlumat verilib

Mobil Cihazlar
25.05.2023 PAYLAŞIM

    Xiaomi hal hazırda Xiaomi 14 Xiaomi 14 Pro flaqman smartfonlarının hazırlanması ilə məşğul olur. Digital Chat Station ləqəbli məşhur insayder isə sözügedən smartfonların batareyaları barəsində məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən adi Xiaomi 14 modeli 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 90 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Lakin çox güman ki, smartfonda sürətli naqilsiz şarj texnologiyasının dəstəyi olmayacaq.

    Xiaomi 14 Pro-ya gəldikdə isə o da 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Lakin adi Xiaomi 14-dən fərqli olaraq Xiaomi 14 Pro modeli 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bununla yanaşı Pro model özündə 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini birləşdirəcək. Qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfon seriyasının bu ilin sonunda təqdim ediləcəyi gözlənilir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×