main-post-cover

    Xiaomi 14 ilə Xiaomi 14 Pro smartfonları yüksək sürətli naqilsiz şarj texnologiyasını əldə edə bilərlər

    Cihazlar+
    05.06.2023
    Farid Pardashunas
        Son illərdə əsas diqqət sürətli naqilli şarj texnologiyalarına ayrılıb. Bu səbəbdən də sürətli naqilsiz şarj texnologiyaları şirkətlər tərəfindən ikinci plana atılıb. Bunun əsas səbəbi isə Çinin tənzimləyici orqanları tərəfindən təyin edilmiş məhdudiyyətlərdir. Buna görə də 2021-ci ildən başlayaraq Çin bazarında 50 vatt-dan daha güclü sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib cihazlar satışa çıxarılmayıb. Onu da qeyd etmək lazımdır ki, bu səbəbə görə Xiaomi şirkəti özünün Mix 4 smartfonunu 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyası ilə təchiz etməli oldu.
        Halbu ki, həmin vaxtda şirkət artıq 67 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalı Mi 11 ProMi 11 Ultra smartfonlarını təklif edirdi. Bir neçə gün bundan öncə məlum oldu ki, Çinin tənzimləyici orqanları daha öncə təyin edilmiş limiti yüksəldiblər. Beləliklə bundan sonra Çin bazarında 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib cihazları satışa çıxartmaq mümkün olacaq.
        Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Xiaomi bu qərardan istifadə edərək Xiaomi 14 ilə Xiaomi 14 Pro kimi növbəti flaqman smartfonlarında öz əsas diqqətini yeni göstəricidə naqilsiz şarj texnologiyasına yönəldib. Bu isə o deməkdir ki, bu ilin sonuna yaxın təqdim ediləcək Xiaomi 14 ilə Xiaomi 14 Pro smartfonları 50 vatt əvəzinə 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını əldə etmək şansına sahibdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər