Logo
    main-post-cover

    Xiaomi 14 Pro iki versiyada təqdim oluna bilər

    Cihazlar+
    30.05.2023
    Emil
        Artıq məlumdur ki, Xiaomi şirkəti Xiaomi 14 smartfon seriyası üzərində çalışır və onun əsas modeli məhz Xiaomi 14 Pro olacaq. Digital Chat Station ləqəbli məşhur insayder isə Xiaomi 14 Pro barəsində yeni məlumatları təqdim edib. İnsayder bildirib ki, Xiaomi 14 Pro modeli iki versiyada təqdim ediləcək və onlar öz aralarında ekran dizaynı ilə fərqlənəcəklər. Belə ki, versiyalardan biri yastı ekranla, digəri isə kənarları əyilmiş ekranla təchiz olunacaq. Versiyaların öz aralarında ekran ölçüləri baxımından da fərqlənəcəyi istisna deyil. Dəqiq şəkildə söyləmək olar ki, Xiaomi 14 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı onun 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı və 120 vatt gücündə sürəıtli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər