Logo
    main-post-cover

    Xiaomi 14 Pro-nun dizaynı barəsində məlumat verilib

    Cihazlar+
    25.04.2023
    Emil
        Xiaomi şirkəti artıq Xiaomi 14 smartfon seriyası üzərində çalışır. Gözləntilərə əsasən bu smartfon seriyasına adi Xiaomi 14 ilə yanaşı həmçinin Xiaomi 14 Pro da daxil olacaq. Xiaomi-nin səınaye dizaynı şöbəsinin rəhbəri Wei Xu öz növbəsində Xiaomi 14 Pro-nun xarici görünüşündə hansı dəyişikliklərin olacağını açıqlayılb. Onun sözlərinə əsasən Xiaomi 14 Pro smartfonu xarici görünüşcə Xiaomi 11 Ultra-nı xatırladacaq. Lakin bununla yanaşı Xiaomi 14 Pro-nun dizaynında bəzi dəyişikliklər reallaşdırılacaq və nəticədə smartfonun final dizaynı yadda qalan və maraqlı olacaq.
        Qeyd etmək lazımdır ki, vaxtı ikən Xiaomi 11 Ultra-nı digər Xiaomi 11 modellərindən fərqləndirən əsas özəllik ondan ibarət idi ki, onun arxa panelindəki kamera sahəsinin daxilində 1.1 düym ölçülü əlavə ekran yerləşdirilmişdi. Həmin ekranda zaman və hava proqnozu əks olunurdu. Bununla yanaşı istifadəçilər arxa kamera vasitəsilə selfie fotolar çəkən zaman həmin ekrandan istifadə edə bilirdilər. Pro model Ultra-dan bir pillə aşağı cihaz hesab edilsə də, görünür, şirkət Pro modelin xarici görünüşünə premium detallar əlavə etməyi hədəfləyib.
    Paylaş
    Bənzər xəbərlər